Bakıda yanğın:   bu obyektlər yandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yanğın: bu obyektlər yandı

Hadisə

08 Noyabr 2025 20:12 5597


Bakıda bir dam altında tikilən müxtəlif obyektlərdə yanğın olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Marqarita pizza

Belə ki, bir dam altında tikilən ümumi sahəsi 140 m² olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan dönərxana, bitişik sahəsi 15 m² olan ət mağazasının yanar konstruksiyaları, sahəsi 25 m² olan parfumeriya mağazası 10 m², sahəsi 80 m² olan fotostudiya 5 m² sahədə yanıb və lambirdən ibarət tavanı 75 m² sahədə əriyib.

Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!