Bakıda yol qəzasında 4 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yol qəzasında 4 nəfər xəsarət aldı

Hadisə

16 Noyabr 2019 16:46 717


Bakıda ağır yol qəzası baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. pizza hut

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, iki minik avtomobilinin toqquşması barədə məlumat təcili yardıma saat 18.34-də daxil olub.

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarının küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qadın müştərək travma diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qadına hadisə yerində yardım göstərilib və o hospitalizasiyadan imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!