Bakıda YPX əməkdaşını başından bıçaqladılar - Dəhşətli anlar kamerada -   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda YPX əməkdaşını başından bıçaqladılar - Dəhşətli anlar kamerada - Video

Kriminal

27 Noyabr 2019 15:07 6665


Bakıda YPX əməkdaşını öldürmək istəyənlərin dəhşətli əməlinin görüntüsü ortaya çıxıb. 

"Yenİ Sabah" xəbər verir ki, hadisə ötən ilin iyunun 15-də baş verib. ARB-nin "Kriminal" verilişində baş verən hadisənin görüntüləri tamaşaçılara təqdim olunub. 

Elman Sadıxov və Elçin İbrahimov Dövlət Yol Polisinin əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb. E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib. pizza sifarişi

Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun bıçaqla baş nahiyəsindən vurublar.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

Daha sonra polis əməkdaşını bıçaqlayan şəxslər saxlanılıb. /Baku.ws

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!