Bakıda zəlzələ olub? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda zəlzələ olub? - Açıqlama

Sosial

24 May 2019 12:20 940


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bakıda zəlzələ baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Yeni Sabah" verir ki, RSXM-nin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, 14:00-a qədər respublika ərazisində maqnitudu 3 və ya 3 -dən yuxarı olan hər hansı təkan qeydə alınmayıb: "Hər hansı ərazidə silkələnmə və ya titrəyişlər olubsa, bu, hansısa tikinti işləri və ya başqa texnogen amillərlə bağlı ola bilər. Bununla belə hər birinizdən informasiya yazarkən bizimlə dəqiqləşdirməyi xahiş edirəm. Çünki ictimaiyyətimizin, insanlarımızın düzgün məlumatlandırılması bu sahəyə cavabdeh qurum kimi bizim dəyərli KİV nümayəndələri ilə sıx əməkdaşlığımız nəticəsində mümkündür".

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Yasamal rayonunda zəlzələ baş verdiyi ilə bağlı məlumatlar yayılıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!