“Bakıdan Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları udur“ - Əflatun Amaşov

saytların hazırlanması

Evə çatdırılma

“Bakıdan Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları udur“ - Əflatun Amaşov

Rəqəmsal

19 Fevral 2019 19:48 1128


“Sən Londondasansa, sənə Bakıdan gələn zəng başqa ölkədən keçib gəlir. Telefonun ekranında Azərbaycan əvəzinə Rusiya yazılır. Bakıda da elədir, tutaq ki, Rusiyadan sənə zəng olunur, telefonda başqa nömrə, başqa ölkə görünür. Görünür, kimlərsə bu yolla külli miqdarda vəsait əldə edirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O qeyd edib ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir: “Söhbət telekommunikasiyadan gedirsə, bir məsələni xüsusi qeyd etmək istərdim. Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir, hətta udur. Ağsu perevalında erməni radio dalğaları eşidilir, Gəncədən sonra gürcü radio dalğaları hakimdir. Hər bir ölkənin quru sərhəddi olduğu kimi informasiya məkanlarının da sərhədləri var. Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq. Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq”. Dominos pizza

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!