Ağ Evdə milyonluq layihə böhranı: Senat “yox” dedi

saytların hazırlanması

Evə çatdırılma

Ağ Evdə milyonluq layihə böhranı: Senat “yox” dedi

Dünya

17 May 2026 16:30 58


ABŞ Senatı Ağ Evin Şərq qanadının yenidən qurulması çərçivəsində prezidentin təhlükəsizliyi üçün nəzərdə tutulan 1 milyard dollarlıq maliyyə paketini təsdiqləməyib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Senatdakı demokratların lideri Çak Şumer bildirib ki, respublikaçılar Donald Trampın planlaşdırdığı yeni ziyafət zalı layihəsinin xərclərini dövlət büdcəsi hesabına qarşılamaq istəyiblər, lakin demokratlar buna mane olublar. Marqarita pizza

Məlumata görə, layihə üzrə ayrılması nəzərdə tutulan vəsait əsasən təhlükəsizlik tədbirlərinə yönəldilməli idi. Paketə gülləkeçirməz şüşələrin quraşdırılması, dron aşkarlama sistemləri, zəhərli maddələri müəyyən edən avadanlıqlar, yeni yoxlama məntəqələri və hava məkanının mühafizəsi üçün əlavə tədbirlər daxil idi.

ABŞ Məxfi Xidmətinin rəhbəri Şon Kurran maliyyələşmənin təhlükəsizlik sistemini gücləndirəcəyini desə də, Senatdakı respublikaçıların lideri Con Tun sənədin yenidən baxılması üçün geri qaytarıldığını açıqlayıb.

Donald Tramp Ağ Evdə yeni ziyafət zalının tikintisi təşəbbüsünü ötən il irəli sürüb. Təxminən 300 milyon dollar dəyərində qiymətləndirilən layihənin əsasən şəxsi vəsait və ianələr hesabına maliyyələşdirilməsi planlaşdırılır. Tikinti bir müddət məhkəmə qərarı ilə dayandırılsa da, bu ilin aprelində işlər yenidən bərpa olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!