İnternet və nəzarətsiz satış məntəqələrindən alınan saxta günəş kremlərinin ciddi dəri problemlərinə səbəb olduğu bildirilib. Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür məhsullar bəzi hallarda xəstələrin reanimasiyaya yerləşdirilməsi ilə nəticələnib.
“Yeni Sabah” xəbər verir ki, Van Universiteti Tibb Fakültəsinin Dermatologiya kafedrasının müdiri Hatice Uce Özkol günəş kremi seçiminin düzgün aparılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, xüsusilə internet üzərindən və mənşəyi məlum olmayan mağazalardan alınan məhsullar dəriyə ciddi zərər vurur: pizza
“Ötən il internetdən və ya müxtəlif satış nöqtələrindən alınan, həkim tövsiyəsi olmayan kosmetik məhsullar səbəbindən ağır hallarla qarşılaşdıq. Hətta bəzi xəstələrimizi reanimasiyada müalicə etməli olduq”.
Mütəxəssis bildirib ki, saxta və keyfiyyətsiz günəş kremləri dəridə ləkələnmə, yanıq, allergik reaksiyalar və uzunmüddətli problemlər yarada bilər. Hazırda bəzi pasiyentlərin müalicəsi güclü dermatoloji preparatlarla davam etdirilir.
Dermatoloq günəş kremlərinin yalnız apteklərdən alınmasını tövsiyə edib:
“Məhsulları apteklərdən alaq və dermatoloqun tövsiyə etdiyi kremlərdən istifadə edək. İnternetdən və ya nəzarətsiz satış yerlərindən alınan məhsullarla dərimizi riskə atmayaq”.
Hatice Uce Özkol qeyd edib ki, SPF 30 və daha yüksək qoruma faktoru gündəlik istifadə üçün kifayət edir:
“90 və ya 100 SPF kimi çox yüksək göstəricilərin arxasınca qaçmağa ehtiyac yoxdur. Əsas məsələ məhsulun keyfiyyəti və dəri tipinə uyğun seçilməsidir”.
Mütəxəssis yay aylarında xüsusilə saat 10:00-15:00 aralığında birbaşa günəş şüalarından uzaq durmağı, zəruri hallarda isə mütləq günəş kremindən istifadə etməyi məsləhət görüb.
O əlavə edib ki, sosial medianın təsiri ilə dəriyə qulluq məhsullarına maraq artsa da, həkim məsləhəti olmadan istifadə olunan vasitələr daha ağır nəticələrə səbəb ola bilər:
“Kiçik bir ləkədən xilas olmağa çalışarkən bütün bədənə yayılan ciddi dəri problemləri ilə üzləşə bilərik. Dəri bizim ən qiymətli geyimimizdir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız