Bakının bu ərazilərində və bir sıra rayonlarda su olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazilərində və bir sıra rayonlarda su olmayacaq

Sosial

08 Sentyabr 2023 19:16 566


Azərbaycanın Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məhdudiyyətlərə səbəb son günlər regionlarda müşahidə olunan intensiv yağıntılarla əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işlərinin aparılmasıdır. pizza sifarişi

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!