25 May - 23:52
“Başakşehir”dən “Legiya”ya yeni təklif  - 750 000 min avro

“Başakşehir”dən “Legiya”ya yeni təklif - 750 000 min avro

İdman

26 Yan 2022 19:41


Türkiyənin "Başakşehir" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferi ilə bağlı Polşa "Legiya"sına təklif göndərib.

Yenisabah.az xəbər verir ki, təkliflə bağlı türkiyəli jurnalist Yağız Sabuncuoğlu özünün tviter səhifəsində paylaşım edib. Jurnalistin paylaşımına görə, "Başakşehir" Varşava klubuna 750 000 avro təklif edib.

Daha əvvəl Türkiyə mətbuatı "Başakşehir"in 25 yaşlı hücumçu ilə anlaşdığını yazıb.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.


Youtube kanalımız


Digər xəbərlər