Başqalarına irad tutdu, özünü “topa tutdular”    - Foto

saytların hazırlanması

Evə çatdırılma

Başqalarına irad tutdu, özünü “topa tutdular”  - Foto

Şou

30 Aprel 2020 15:17 700


Türkiyəli müğənni Demet Akalın canlı yayımda su içənlərin oruc tutan insanlara hörmətsizlik etdiyini bildirib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatını tez-tez sosial media səhifəsində izləyiciləri ilə bölüşən Demet Akalın, canlı yayımda su içənlər haqqında tvit paylaşaraq "Canlı yayımda su içməsəniz yaxşı olar. Orucuq axı. Ramazandır axı, oruc tutmasanız da bir az hörmət edin!”- deyə yazıb. 

İzləyicilərindən biri onun ötən həftə sosial məsafə qaydasına əməl etmədiyini və izləyicilərinə pis bir nümunə olduğunu xatırladıb.  Dördpendirli pizza

İzləyicilərdən biri də onun bu mövzuda süni olduğunu yazıb: “Sənin oruc tutmağına kimsə cavabdeh deyil. İstəyən su da içər, yemək də yeyər. İnsanlar aclıqdan intihar edərkən, övladı üçün mikroavtobus almış adamsınız. Bu mövzuda həssas davranmağa çalışmağınız gülməli görünür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!