“Baxacağıq, görək münaqişəni dayandıra bilirikmi?!” - Tramp Qarabağdakı vəziyyətdən danışdı
28 Sen 2020 02:40
714

“Baxacağıq, görək münaqişəni dayandıra bilirikmi?!” - Tramp Qarabağdakı vəziyyətdən danışdı

“ABŞ rəhbərliyi Dağlıq Qarabağdakı vəziyyəti yaxından izləyir və artan münaqişənin qarşısını almağa çalışır”.

Yenisabah.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. Məlumata görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.

“Çox yaxından izləyirik. Bu, təzə baş verib, bu barədə məlumatım var. Bu bölgədə çoxları ilə yaxşı münasibətlərimiz var. Baxacağıq, görək bunu (münaqişəni – red.) dayandıra bilirikmi?!” – deyə Ağ Ev rəhbəri bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər