Bayden ABŞ-ın strateji maraqları uğrunda ciddi çarpışacaq -  Siyasi şərhçi
23 Yan 2021 10:13
229

Bayden ABŞ-ın strateji maraqları uğrunda ciddi çarpışacaq - Siyasi şərhçi

"ABŞ prezidenti Cozef Bayden and içərək fəaliyyətə başlayıb. İlk iş günündə 20-yə yaxın fərman imzalayıb. Dəlisov Trampın bəzi qərarlarını doğru olaraq ləğv edib. Hamının (o cümlədən bizlərin də) Vaşinqtondan gözləntisi və narazılığı var, səbəblər müxtəlifdir".

Yenisabah.az xəbər verir ki, bu barədə siyasi şərhçi Qulu Məhərrəmli bildirib.

O qeyd edib ki, ABŞ dünyanın ən güclü dövlətidir və orada prezidentin kimliyindən çox şey asılıdır:

"Bu mənada Cozef Bayden ölkəsinin strateji maraqları uğrunda ciddi çarpışacaq. Trampdan fərqli olaraq bu istiqamətdə real addımlar atacaq, o cümlədən Rusiyanın əl-ayağını yığışdırmağa çalışacaq. Konqresdə demokratların üstünlüyü də ona əlavə imkanlar verəcək. Bu prosesdə onun və Asiya mənşəli vitse-prezident K.Harrisin hədsiz ermənipərəst olmaları da güman ki, arxa plana keçəcək, çünki real siyasətin sərt üzü tamam başqadır. Mövcud vəziyyətdə Azərbaycan, yəqin ki, ABŞ və onun müttəfiqləri ilə əlaqələri sıxlaşdırmaqla, həmçinin ölkə daxilində real siyasi islahatları dərinləşdirməklə mövqelərini qoruyub saxlamağa çalışacaq".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər