Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

 Bayram Səfərovun 100 minlik avtomobili - VİDEO
15 İyl 2021 16:52
3409

 Bayram Səfərovun 100 minlik avtomobili - VİDEO

Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus olduğu bildirilən bahalı maşınının görüntüsü yayılıb. 

“Qaynarinfo”ya daxil olan görüntülərdə icra başçısının “Toyota Sequoia” markalı avtomobildən düşərək Şuşa Şəhər İcra Hakimiyyətinin Bakıdakı inzibatı binasına daxil olduğu əks olunur. 

Məlumatlara görə, “Toyota Sequoia” markalı 10-OP-123 dövlət qeydiyyatlı avtomobil Bayram Səfərovun öz adınadır. 

Həmin maşının qiyməti 100 min manata yaxındır. Avtomobilin dövlət nömrə nişanı da prestijli nömrələr kateqoriyasına daxildir. Bu nömrənin qiyməti “qara bazar”da 10 min manatdan artıqdır.

Bayram Səfərov 2009-cu ildən Şuşa Şəhər İcra hakimiyyətinin başçısıdır. O, ən çox tənqid olunan məmurlardan hesab edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər