Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

saytların hazırlanması

Evə çatdırılma

Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Dünya

21 Sentyabr 2026 23:22 126


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Dünya İqtisadi Forumu tərəfindən "Əməkdaşlığın olmadığı zamanda əməkdaşlıq gündəliyi" mövzusunda təşkil olunmuş dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qeyd olunub ki, yüksək səviyyəli nahar ziyafəti bu gün dünyanın üzləşdiyi qlobal təhlükəsizlik çağırışlarının həllini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün siyasət qurucularını, biznes liderlərini və müxtəlif sektorlardan olan ekspertləri bir araya gətirib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!