“Bəhram Bağırzadə hələ reanimasiyadadır” - Həyat yoldaşı

saytların hazırlanması

Evə çatdırılma

“Bəhram Bağırzadə hələ reanimasiyadadır” - Həyat yoldaşı

Şou

21 İyul 2020 00:20 1302


Əməkdar artist Bəhram Bağırzadə hazırda reanimasiyadadır.

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a onun həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.

Ş.Bağırzadə deyib ki, əvvəlki vəziyyətilə müqayisədə Bəhram Bağırzadənin səhhətində xeyli irəliləyiş var: pizza

“Amma hələ də müalicəsi davam etdirilir. Reanimasiyadadır, koronavirus səbəbindən yanına heç kim buraxılmır”.

“İnstagram” hesabından yazdığı statusa gəlincə, həyat yoldaşı telefonun qısa müddətlik Bəhram Bağırzadədə olduğunu bildirib.

Qeyd edək ki, bir müddətdir koronavirusdan müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə “İnstagram” hesabından Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!