Bəhram Bağırzadə koronavirusdan sağaldı

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadə koronavirusdan sağaldı

Şou

23 İyul 2020 17:25 1183


Bir müddətdir koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadənin sonuncu test nəticələri neqativ çıxıb.

Yenisabah.az bildirir ki, bu barədə Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

Bildirilib ki, iyulun 21-də Bəhram Bağırzadədən koronavirus infeksiyası üçün PCR testi götürülüb. Testin nəticəsi mənfi (neqativ) olub.  Marqarita pizza

Xatırladaq ki, Bəhram Bağırzadənin bu günə qədər verdiyi test nəticələri müsbət (pozitiv) olub.

Onu da qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!