Belarusdakı “Vaqner“ muzdluları Polşa üçün təhlükədir

saytların hazırlanması

Evə çatdırılma

Belarusdakı “Vaqner“ muzdluları Polşa üçün təhlükədir

Dünya

28 İyun 2023 22:14 968


Polşa prezidenti Andjey Duda "Vaqner" muzdlularının Belarusda olmasının qonşu ölkələri təhdid edə biləcəyindən narahatlığını ifadə edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, Kiyevdə çıxışı zamanı danışıb.

Duda qeyd edib ki, Belarusun Polşa, Litva və Latviya ilə sərhədləri var və muzdlular bu ölkələr üçün təhlükə yarada bilər. Sezar pizza

“Sual yaranır: bu hərəkətin məqsədi nədir? "Vaqner" qrupunun, yəni Rusiya ordusunun konkret olaraq Belarusdakı əsl niyyətləri nədən ibarətdir? Bu, konkret olaraq bizim ölkələrimiz, NATO ölkələri, Polşa üçün potensial təhlükə formasıdır”, - o vurğulayıb.

Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, Belarusda rus muzdlularının olmasında böyük təhlükə görmür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!