“Bəli, söymüşəm, peşman da deyiləm”

saytların hazırlanması

Evə çatdırılma

“Bəli, söymüşəm, peşman da deyiləm”

Şou

07 May 2022 20:10 508


Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son söz deyib.

Maqsud Mahmudov son sözündə cinayət işi ilə bağlı zərərçəkmiş qismində tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızına söyüş söyməsindən danışıb. Təqsirləndirilən şəxs hər iki müğənnini söydüyünü etiraf edərək dediklərindən peşman olmadığını deyib: pizza hut

“Bəli, söymüşəm. Peşman da deyiləm”.

Maqsud Maqsudov lombard epizodu ilə bağlı ittihamları qəbul etmədiyini bildirib.

Daha sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, Maqsud Mahmudov verilmiş ittihamlarla təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 14 il azadlıqdan məhrum olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!