“ABŞ və İsrail İranla müharibəyə başlamazdan əvvəl Hörmüz boğazındakı vəziyyətin mümkün nəticələrini tam qiymətləndirə bilməyib”.
“Yeni Sabah” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “CBS News” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, döyüşlər zamanı Hörmüz boğazı probleminin nə qədər ciddi olduğu daha aydın başa düşülüb. pizza sifarişi
“Hadisələri ideal şəkildə qabaqcadan görmək mümkün deyil. Nə biz, nə də iranlılar bunu edə bildi”, - B.Netanyahu söyləyib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Telegram kanalımız