Bərdə sakini həmkəndlisini qayçı ilə qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Bərdə sakini həmkəndlisini qayçı ilə qətlə yetirdi

Kriminal

29 İyun 2021 09:56 1014


İyunun 28-i saat 1 radələrində Bərdə rayon, İmirli kənd sakini Toğrul Abdullayevə xəsarət yetirilməsi və almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə bir ədəd xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanın. pizza

Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!