Beyazıt Öztürkün 150 minlik istirahəti - Fotolar
07 İyl 2020 20:15
962

Beyazıt Öztürkün 150 minlik istirahəti - Fotolar

Çeşmədə ailəsi ilə istirahət edən türkiyəli şoumen Beyazıt Öztürk Alaçatı ərazisində müxbirlərlə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, kirayələdiyi evə aylıq 150 min TL (təxminən 37 min manat) ödəyən aparıcı jurnalistlərin suallarını cavablandırıb.

Pandemiya dövründəki məşğuliyyətlərindən danışan B.Öztürk maddi sıxıntı çəkmədiyini də bildirib:

“Yemək bişirməyi, rəsm çəkməyi öyrəndim. Seriallara baxırdım. Digər məşhurlar kimi maddi sıxıntı çəkmədim. Çünki yanımda qardaşım və köməkçimdən başqa işçim yoxdur. Amma sənətçilərin yanında 30-40 insan işləyir. Bu səbəbdən məndə problem olmadı. Ailəmin xoşbəxtliyi hər şeydən vacibdir. Bu pulla ölçülə bilməz. Tətildə anamın yanından uzaqlaşmamağa çalışıram”.

Hazırda televiziyalarda vəziyyətin yaxşı olmadığını deyən şoumen yeni mövsümdə bəzi layihələrdə yer alacağını açıqlayıb:

“Beyaz Show”nun təkrarlarını izlədim, çox duyğulandım. Bəlkə də oktaybrda yenidən başlaya bilərəm”.

/Axsam.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər