Beyonsun başına İŞ GƏLDİ - Polis hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Beyonsun başına İŞ GƏLDİ - Polis hərəkətə keçdi

Şou

15 İyul 2025 08:48 234


ABŞ-da müğənni Beyonsenin yayımlanmamış musiqilərinin yazıları olan sərt disklər oğurlanıb.

Yenisabah.az xəbər verir ki, məlumatı Atlanta polisinə istinadən ABC News yayıb.

Mövcud məlumatlara görə, cinayətkar müğənninin xoreoqrafına məxsus avtomobilə girərək Beyonsenin çıxışları ilə bağlı məxfi materialların, o cümlədən yayımlanmamış musiqilərin və gələcək çıxışları ilə bağlı planların olduğu iki çamadanı oğurlayıb. Pepperoni pizza

Araşdırmalar nəticəsində polis oğrunun şəxsiyyətini müəyyən edə bilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Lakin cinayətkar hələ də tutulmayıb.

Beyons hazırda qastrol səfərindədir. İyulun 14-də o, Atlantada son konsertini verib, oradan Las Veqasa gedəcək./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!