“Bəzi araqarışdıran saytlarda, Facebook səhifələrində minimum əməkhaqqının 50 manat və ya 37 fazi artması pis mənada müzakirə edilir”
Bunu millət vəkili Hadı Rəcəbli deyib. O, bildirib ki, bu kimi hallar onu çox narahat edir: “Ancaq bu, o demək deyil ki, ideal yaşayış üçün lazım olan rəqəmdir. Bu rəqəmin adı var. Minimum əməkhaqqı və yaşayış minimumu. Bir daha qeyd edirəm ki, yanlış anlaşılmasın, bu rəqəm minimumdur. Burada “minimum” ifadəsini niyə işlədirik? Yəni əməkhaqqının ən aşağı həddidir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəlində 19 bölmə var, bu artım onların hamısına şamil ediləcək. Bu da bir daha onu göstərir ki, ölkə başçısı daim vətəndaş haqqında düşünür. Əhalinin güzəranının yaxşılaşdırılması üçün cənab Prezident tərəfindən belə addımlar davam etdirilərəcək”.
Modern.az Dominos pizza
Telegram kanalımız