“Bəzi aşıqlar səhnədə meymunluq edirlər”   - Aşıq Zülfiyyə

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi aşıqlar səhnədə meymunluq edirlər” - Aşıq Zülfiyyə

Şou

27 Avqust 2020 15:02 1042


“Günah sazı pis günə salanlardan çox onları üzə çıxarıb dəyər verənlərdədir. Ona görə ki,  görürlər maraq var, özlərini meymunluğa qoyurlar. Qıraqdan fit verirlər, cibinə pul basırlar ki, həmin hərəkətləri daha çox eləsin.  Onu  bilirəm ki, sazı ürəyin üstündə çalarlar, nəinki stolun üstə qoyasan və sair hərəkətlər edəsən.  Əlbəttə, belə şeylər qınaq obyektinə çevrilib. Olmamalıdır. Bir də onu deyim ki, əvvəllər televiziyada hər həftənin dördüncü günü  dastan axşamları yayımlanırdı”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Aşıq Zülfiyyə deyib. Tanınmış saz ifaçısı Sherg.az saytına açıqlamasında uşaqlıq illərinə ekskursiya edib: "Balaca uşaq idim, həvəslə o günü gözləyirdim.  Fikirləşirdim ki, görəsən, bu gün aşıq hansı dastanı danışacaq. Əfsuslar olsun ki, indi o  qədər bayağı verilişlər  var ki,  bütün folklorumuzu, milli adət-ənənələrimizi  qoruyan o dastanların hamısı arxa planda qalıb. Onları üzə çıxarmaq lazımdır.  Cavanlarımıza bütün bunların aşılanması yolunda efirlərin böyük rolu olmalıdır.  Biz görürdük, yaddaşımıza elə həkk olunurdu. İndiki  gənclər görmür deyə həmin vəziyyətə gəlib çıxır”.

Sazı məsxərəyə qoyan insanlara da diqqət çəkən Zülfiyyə xanım qeyd edib ki, bu musiqi aləti bizə Dədə Qoruqddan yadigardır, onu ələ salanları Allah bağışlamaz: pizza hut

“Saz mənim üçün  müqəddəsdir. O, təkbaşına  böyük orkestri əvəz edir. Milli soyumuz-kökümüzdür, ona kəm baxanın gözlərinə qan damar.  Geci, tezi var. Bildirmək istəyirəm ki, kaş sizin düşüncədə, fikirdə jurnalistlərin sayı televiziyalarda çox olsun.  Dastan axşamlarımız, sazlı-sözlü məclislərimiz geri qayıtsın ki,  gənclərimiz də    baxsın, örnək alsın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!