Mingəçevirdə beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq sağ qalan qızı Bakıya gətiriblər.
Bu barədə qızın yaxınları bildiriblər. Belə ki, ötən gecə xüsusi Təcili Tibbi Yardım maşını ilə Bakıya yola salınan 18 yaşlı Adıgözəlova Səbinə Firdovsi qızı saat 21:30-da 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, onun xəsarətləri açıq kəllə-beyin travmasıdır, vəziyyəti isə ağır olaraq qalır. Pepperoni pizza
Xatırladaq ki, Mingəçevir rayonu, Aydın Məmmədov küçəsi 9 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Səbinə Adıgözəlova yaşadığı beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq sağ qalmışdı. Gənc qızın yaxın vaxtlarda toyu olacaqdı.
Trend
Telegram kanalımız