“Bir azərbaycanlı qızı olaraq...“ - Tanınmış aktrisadan xəbər var
20 Okt 2020 16:29
1771

“Bir azərbaycanlı qızı olaraq...“ - Tanınmış aktrisadan xəbər var

Tanınmış aktrisa Ülviyyə Xəlilbəyli uzun müddətdir sosial şəbəkələrdə yoxluğunun səbəbini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, aktrisa sosial şəbəkələrdə aktiv olmasa da ölkədə baş verən hadisələri televiziyadan izlədiyini bildirib:

"Öncəliklə yoxluğumda mənim üçün narahat olan, zəng edən hər kəsə diqqətlərinə görə təşəkkür edirəm. Bildirim ki, ölkəmizdə baş verən həm sevincli, qürurlu, həm də üzücü bütün hadisələri televiziya vasitəsilə izləyirəm. Cəbhədə və Gəncə hadisələrində şəhid olmuş bütün bacı və qardaşlarımıza, körpələrimizə Allahdan rəhmət diləyir, ailələrinə və xalqımıza səbr arzu edirəm. Bütün qələbələrimizin və sevinclərimizin səbəbkarları olan ordumuzun qəhrəman oğullarına və cənab prezidentimiz İlham Əliyevə bir Azərbaycan vətəndaşı və azərbaycanlı qızı olaraq dərin qürur hissi ilə təşəkkür edir və Allahdan hər birinə tükənməz güc, səbr arzu edirəm. İnşallah ki, qələbə bizim olacaq.

Qeyd etmək istədiyim digər mövzu isə yoxluğum ilə bağlıdır. Bu müddət ərzində VPN proqramlarının heç birindən, heç bir şəkildə istifadə edə bilməmişəm. Telefonum bu tətbiqləri dəstəkləmir. Körpəmlə məşğul olduğum üçün isə problemi aradan qaldıra bilmirəm".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər