Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.
“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə 2 oyun keçirilib.
Günün ilk start fiti Qəbələdə səslənib. Turnir cədvəlinin son pilləsində qərarlaşan şəhərin eyni adlı komandası doğma meydanda "Zirə"ni qəbul edib. Meydan sahibləri qonaqları 3 cavabsız qolla əliboş yola salıb. Marqarita pizza
Günün digər görüşü isə Bakıda baş tutacaq. "Sumqayıt" "Keşlə"nin qonağı olub və 2-1 hesablı məğlubiyyətdən qaça bilməyib.
Qeyd edək ki, turun digər oyunları 1-2 dekabr tarixlərində oynanılacaq.
Premyer Liqası, 13-cü tur
30 noyabr
15:00. “Qəbələ” – “Zirə” - 3:0
Qollar: R.Muradov, 12, F.Lopez, 41, D.Volkov, 70
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu
17:00. “Keşlə” – “Sumqayıt” - 2:1
Qollar: M.Boyoviç, 16, L.Frutos, 54, Ə.Ağayev, 66
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
“ASCO Arena”
Telegram kanalımız