Birinci sinifə şagird qəbulunun vaxtı dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Birinci sinifə şagird qəbulunun vaxtı dəyişdirildi

Sosial

09 Mart 2022 20:25 501


2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O qeyd edib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Dördpendirli pizza

Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin təqvimində daha əvvəl I siniflərə şagird qəbulunun aprelin 1-dən sentyabrın 14-nə qədər aparılacağı qeyd edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!