“Biz Bakıda da buna hazır olmalıyıq” –Qurban Qurbanov 

saytların hazırlanması

Evə çatdırılma

“Biz Bakıda da buna hazır olmalıyıq” –Qurban Qurbanov 

İdman

11 İyul 2019 06:12 1195


Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Partizani” ilə qarşılaşan Ağdam klubunun çalışdırıcısı 0:0 hesablı bərabərliklə bitən oyunu şərh edib. pizza sifarişi

O, albanların intizamlı oynadığını deyib: “Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. 

“Partizani” göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!