“Biz birlikdə bu problemin...“ - Oğlu işdən çıxarılan deputat danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Biz birlikdə bu problemin...“ - Oğlu işdən çıxarılan deputat danışdı

Siyasət

19 Aprel 2020 18:24 2738


Dünyada böhran yaşandığı bir vaxtda Azərbaycanda iqtisadi inkişafın, əhalinin sosial rifahının qorunması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Dövlətin bütün imkanları insanlarımızı koronavirusdan qorumağa və bu bəla nəticəsində yarana biləcək sosial problemlərin həllinə yönəlib.

Yenisabah.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda yeni sosial paketin həyata keçiriləcəyini bildirdi: pizza

"Cənab Prezident qeyd etdi ki, ilkin mərhələdə 200 min insanın dövlətdən 190 manat yardım alacağı nəzərdə tutulurdusa, indi bu rəqəm 600 minə çatdırılacaq. Eyni zamanda bu tədbirlər sayəsində dövlət büdcəsindən maaş alan 910 min, özəl sektorda çalışan 680 min işçinin orta aylıq əməkhaqqı saxlanılır. Bundan əlavə, 2.3 milyon insanı əhatə edən pensiya, müavinət, təqaüdlər vaxtından əvvəl verildi ki, insanlarımız çətinlik çəkməsin.

Sosial tədbirlər çərçivəsində digər bir mühüm addım isə ödənişli ictimai iş yerlərinin yaradılmasıdır. Əvvəl 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulurdusa, Prezident İlham Əliyev bu rəqəmin 90 minə çatdırılması ilə bağlı tapşırıq verdi. Ən vacib məqamlardan biri isə odur ki, bütün bu tədbirlər Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir ki, bu da ölkəmizin iqtisadi qüdrətinin göstəricisir”.

İ.Məmmədov vurğulayıb ki, bu tədbirlər cəmiyyət, xalqımız tərəfindən yüksək qiymətləndirilir:

“Azərbaycanın bütün bölgələrindən insanlarımız tərəfindən cənab Prezident İlham Əliyevə təşəkkür məktublarının arası kəsilmir. Sadə insanlarımız görülən tədbirlərə, vətəndaşlarımızın qayğısına qaldığına görə cənab Prezidentimizə dərin təşəkkürlərini ifadə edirlər. Bütün bunlar xalq-iqtidar birliyinin daha bir bariz nümunəsidir. İnanıram ki, biz birlikdə bu problemin öhdəsindən layiqincə gələcəyik”.

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın bir müddət əvvəl qurumun Aparatında və İşlər İdarəsində struktur islahatlarının aparılması haqqında imzaladığı sərəncama əsasən Milli Məclisin Aparatı buraxılıb.

Belədə, deputat İlham Məmmədovun oğlu Tural Məmmədov Milli Məclis Aparatındakı vəzifəsini itirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!