“Bizi Bakıda “Qarabağ”la çətin oyun gözləyir“ - “Dinamo”nun futbolçusu

saytların hazırlanması

Evə çatdırılma

“Bizi Bakıda “Qarabağ”la çətin oyun gözləyir“ - “Dinamo”nun futbolçusu

İdman

21 Avqust 2024 16:28 451


"Komanda yoldaşlarımın əzminə, səylərinə və bu gecə oynadıqları oyuna görə təşəkkürlər. "Qarabağ"ın çətin rəqib olduğunu və burada bizə qarşı necə oynayacaqlarını bilirdik". 

Yenisabah.az "sportske"yə istinadən xəbər verir ki, bu sözləri Zaqreb "Dİnamo"unun futbolçusu Petar Suşiç UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra deyib. 

Xorvatiya millisinin üzvü ilk oyundakı 3:0 hesablı qələbəyə baxmyaraq, cavab matçının onlar üçün asan olmayacağını bildirib: "Planımız reallaşdı, böyük üstünlük qazandıq, amma bilirik ki, heç nə bitməyib. Ötən mövsümdəki oyunlarına əsasən bilirik ki, bizi "Qarabağ"la Bakıda çətin oyun gözləyir. Gedib oynayacağıq və uğur qazanacağıq".  pizza hut

Qeyd edək ki, "Qarabağ"la "Dinamo" arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!