Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bizi dünənə çəkirlər ki, qoyun vəziyyətinə qalaq” 
14 Avq 2021 13:42
19373

“Bizi dünənə çəkirlər ki, qoyun vəziyyətinə qalaq” 

“Hər günüm erməni tereqram kanallarını oxumaqla başlanır. Təxminən 10 gündür ölkələrindəki dinc quruculuq işlərilə bağlı xəbərlər verirlər. Filan yerə kredit ayrıldı, məktəbin təməli qoyuldu, qaçqınlar üçun evlərin inşası başlandı, uşaqların yay istirahəti təmin olundu, parlament komissiyaları formalaşdı, xaricdən nümayəndə heyətləri qəbul edildi, əməkdaşlıq sazişləri bağlandı, yol, su, elektrik çəkilişi başlandı”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış jurnalist İlqar Əlfioğlu deyib. O, diqqəti sosial şəbəkələrin Azərbaycan seqmentinə yönəldərək sual edib:

“Bəs bizdə nə yazırlar? Heç deyəsi deyil, adam utanır. Öz aramızdır, elə bil qələbəni biz yox, onlar çalıb. Ay camaat, bəyəm görmürsünüz ki, qarşı tərəfi gələcəyə baxmağa məcbur edən qüvvələr bizi geri çəkir? Görmürsünüz ki, mənasız işlərlə başımızı qatırlar? Biz var gücümüzlə köhnə palan içi tökməklə məşğul ikən, onlar özlərinə təzə palan tikirlər...

Bəyəm, bizim torpaqlar deyil azad olan? Bəyəm, oralarda meqa-tikintiləri biz aparmırıq?

Düşmüşük təkərə, yadlar çalır, bizim qafasızlar onlara züy tutur, xalq da, qol götürüb oynayır...

Nə var-nə var, bir avantürist, təlxək, bambılı bizə 7 il əvvəl qoyun deyib... Kim olduğunu isbat etmiş, torpaqlarını dünya əjdəhalarının ağzından qoparmış xalq qoyun ola bilməz axı, biz həmişə canavar olmuşuq, sübut da elədik. Bunu artıq dünya bilir.

Bizi səylə dünənə çəkirlər ki, əlimiz işdən soyusun, qoyun vəziyyətinə qalaq. Bunu anlamaq üçün elə böyük ağıl da gərək deyil, hər şey gün kimi aydındır.

Ən ağrılısı budur ki, mətbuatımız, sosial şəbəkələrimiz də bu oyuna məmnuniyyətlə girib, qoyun vəziyyətinə düşür...

Nə isə, qurtarın bu rəqsi, vallah ağlı başında olanları iyrəndirirsiniz, əlləri üzülür həyatdan. Etməyin, eləməyin, işinizi görün, sabaha baxın. Dünənilə yaşayan xalq heç vaxt sabahı görə bilməz!”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər