Şair Təpəgözə şeir yazdı: “Allah məni Bakıda öldür”

saytların hazırlanması

Evə çatdırılma

Şair Təpəgözə şeir yazdı: “Allah məni Bakıda öldür”

Yazar

12 Avqust 2026 14:42 31


Şair-yazıçı Həmid Herisçi “Təpəgöz” adlı bir az satirik və eyni zamanda düşündürücü şeir yazıb. Metaforalarla zəngin olan şeirdə müəllif “təpəgöz”  ifadəsindən simvol kimi istifadə edib və əslində hər birimizin içində bir təpəgöz olduğuna işarə verir.

Şairin “Yeni Sabah”a təqdim etdiyi şeiri oxucuların ixtiyarına buraxırıq.

TƏPƏGÖZ Toyuqlu pizza

Uşaqkən, məktəbdə, polis məntəqəsində

Tez-tez

ölülüyə vurardıq

özümüzü.

Əvvəl bərk-bərk yumardıq

Hər iki gözümüzü.

Sonra tez də açardıq, aralardıq bir

Gözümüzü.

Görərdik ətrafımızdakılar

Kordu və kar.

Mədəniyyət naziridir

Bütün cinayətlərə

Baiskar. Səbəbkar.

Bir dəfə bufetçı Fatma xalaya

O bir gözumlə bərk yalvarmışdım:

- Oğlun Elçinə xatir, elə et, polislər məni tutmasınlar!

Sonra o bir gözümlə gorürdüm

Orda ancaq künc- bucaqda nəsə var

Adamaoxşar.

Deyirdim:

- "Qanun" nəşriyyatinda da var

Qanunsuzluqlar!

Daxilimizdəki Təpəgözü

ilk dəfə bu cür tapdıq

Özümüzdə...

O Təpəgözü yedirdik öz acı ödümuzlə!

İlqar Fəhmi, Rəşad Məcidi gördük

Ağır dəmir seyfi necə itəlyirlər küncə

Ofisimizdə!

Hiss etdik, o tək göz də,

O Təpəgöz də,

Sözdə

Bizə deyə- deyə "Döz də, döz də"

Necə bizi kopiyalayir 3D ölçüsündə!

Kölgələrimiz də,

yaşamaq istəmir

İtaətimizdə!

Millət vəkilləri sevişirlər

Sifilislə!

Allah məni Bakıda öldür,

Dirilt Təbrizdə!

Göylərim, gözlərim ulduz istəyir,

Oxumağa Hafiz istəyir.

Şeiri tam azad, tam qafiyəsiz istəyir.

Aqşini, Aqşinsiz istəyir,

Telefona təzə blutuz istəyir,

Zənci müğənnidən məstedici blüz istəyir

Sevməyə bir qız istəyir...

o vaxtdan

İki gözümüzdən biri

Tam qey-ri-sə-mi-mi-dir.

Və bu dərd

          ümummillidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!