BMT Təhlükəsizlik Şurası “Taliban” hökumətinin əfqan qadın və qızlarını hədəf alan siyasətini pisləyib.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, 15 üzvdən ibarət Təhlükəsizlik Şurası qadınların təhsilinə qoyulan məhdudiyyətlərin artırılmasından dərindən narahat olduğunu bildirib.
“Taliban” son bir həftə ərzində qadınların universitetlərə getməsini və ictimai təşkilatlarda işləməsini qadağan edib. Toyuqlu pizza
BMT-nin baş katibi Antonio Quterreş deyib ki, son məhdudiyyətlər ləğv edilməlidir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının bəyanatında Əfqanıstanda qadın və qızların tam, bərabər və mənalı iştirakına, məktəblərin yenidən açılmasına və insan hüquqlarını və əsas azadlıqlarını pozan bu siyasət və təcrübələrə tez son qoyulmasına dair çağırış edilib.
Bəyanatda qeyd olunub ki, qadınların humanitar sektorda işləməsinə qoyulan qadağa ölkədə humanitar əməliyyatlara xeyli və dərhal təsir edəcək.
Telegram kanalımız