Boğazağrısı, qızdırma, tərləmə... Bu “Omikron“dur“?   - “Ola bilsin ki...”

saytların hazırlanması

Evə çatdırılma

Boğazağrısı, qızdırma, tərləmə... Bu “Omikron“dur“? - “Ola bilsin ki...”

Sosial

06 Yanvar 2022 13:30 2551


Son günlər insanlar arasında qripəoxşar xəstələnmə çox geniş yayılıb.

Xəstəliyin əlamətləri qızdırma, burunaxıntısı, tərləmə və boğazağrısıdır. Təkcə böyüklər deyil, uşaqlar arasında da bu geniş yayılıb.

Koronavirusdan fərqli olaraq, azarlama təxminən 3-4 gün davam edir. Marqarita pizza

Bu COVID-19-un yeni ştammıdır?

Radioloq-həkim Aydın Əliyev mövzu ilə bağlı Yenisabah.az-a danışıb:

“Hazırda müşahidə olunan xəstəlik koronavirusdan əlavə, xüsusən, uşaqlar arasında yayılan infeksiya ola bilər. Hələ ki dəqiq bir məlumat yoxdur. Rəsmi qurumlar tərəfindən laborator müayinələrlə təsdiq olunmalıdır ki, koronavirusun yeni növüdür, yoxsa bakteriya.

İnsanlar Covid analizi verirlər, nəticə mənfi çıxır. Lakin qızdırma, öskürək, burunaxma və boğazağrısından əziyyət çəkirlər, pnevmaniya verir. Ola bilər ki, mövsümi xəstəlikdir və kəskin şəkildə yayılıb”.   

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!