Borca görə 6 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Borca görə 6 nəfər tutuldu

Kriminal

11 Mart 2019 13:49 1078


Ötən gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, martın 9-dan 11-dək respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 42 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətinaçılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Sezar pizza

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!