Brilliantdan “Terzi“ serialına qınaq: “Niyə sildiniz?“

saytların hazırlanması

Evə çatdırılma

Brilliantdan “Terzi“ serialına qınaq: “Niyə sildiniz?“

Şou

25 May 2023 10:14 970


Xalq artisti Brilliant Dadaşova Şövkət Ələkbərovanın ifasının “Netflix”in “Terzi” serialında səslənən hissəsindən silinməsinə sərt reaksiya verib.

Yenisabah.az xəbər verir ki, o, “Instagram”da sözügedən xəbərə şərh yazaraq bunu edənləri qınayıb:

“Onu qadağan edənlər ölüb gedəcəklər. Amma Şövkət Ələkbərovanın səsi qalacaq. Amandır, qoymayın Azərbaycan musiqisi milyonlarla insan tərəfindən dinlənib, sevilər... Əgər qadağan edilibsə, o zaman milyonların seyr edə biləcəyi bir film çəkib eyni musiqini istifadə etsinlər. Onu da bacarmırlar. Toyuqlu pizza

Bunu niyə etdiniz? Nə olardı ki, yeni nəsillər bizim Şövkətimizi eşidib, sənətinin nə olduğunu anlamış olardılar?! Sağlığında onu SSRİ xarici ölkələrə qastrol səfərlərinə yollamadı. İndi də belə...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!