Britaniya ilə hərbi əməkdaşlıq planı imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Britaniya ilə hərbi əməkdaşlıq planı imzalandı

Siyasət

07 Mart 2019 19:12 801


Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Bu barədə "Yeni Sabah"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub. pizza

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!