Britaniya XİN başçısı: “Rusiyanın Ukraynaya raket zərbələri endirməsi qəbuledilməzdir“

saytların hazırlanması

Evə çatdırılma

Britaniya XİN başçısı: “Rusiyanın Ukraynaya raket zərbələri endirməsi qəbuledilməzdir“

Dünya

10 Oktyabr 2022 13:23 771


Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub. 

“Report” xəbər verir ki, bu barədə C.Kleverli tviterdə yazıb.

O bildirib ki, tərəflər Britaniyanın Ukraynaya davam edən dəstəyi barədə fikir mübadiləsi aparıblar. Dominos pizza

“Rusiyanın Ukraynanın mülki əhalisinin yaşadığı ərazilərə raket zərbələri endirməsi qəbuledilməzdir. Bu, Prezident Vladimir Putinin gücünün yox, zəifliyinin nümayişidir”, - Britaniya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!