Bu dəfə Şəbnəm Nigara söz atdı

saytların hazırlanması

Evə çatdırılma

Bu dəfə Şəbnəm Nigara söz atdı

Şou

29 Mart 2024 11:57 395


Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb.

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, "Qonaqcanlı" proqramında aparıcı ifaçıya "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsib gedir" sualını ünvanlayıb.

Şəbnəm "Nigar 2 dəfə haqqımda söz gəlişi efirdə nələrsə deyib. Onun sözü mənim üçün külək kimi əsib gedib" cavabını verib. Toyuqlu pizza

İllər əvvəl Nigar və Şəbnəm arasında qalmaqal yaşanıb. Mübahisəyə səbəb Şəbnəmin "Gucci" brendinə məxsus kəməri tərs taxması olub. Nigar qarşı tərəfi sosial şəbəkə hesabında ələ salaraq izləyicidən gələn "İlk baxışdan sevgiyə inanırsınızmı" sualına "İlk baxışdan sevgiyə yox, amma "Gucci"yə görə canım ağrıdı" sözlərini yazıb. Daha sonra Nigar "Maska" şousunda "Alov" obrazında səhnəyə çıxan məşhurun kimliyini tapmağa çalışarkən deyib: "Qadın deyil, xoxan tiplidir. Qadın olsaydı, deyərdim, Şəbnəm Tovuzludur. Çox isti bir insandır, danışanda yandırır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!