Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsində suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Yeni Sabah”a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verilib.
Bildirilib ki, magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində 22 fevral 2026-cı il saat 22:00-dan 24 fevral 2026-cı il gecə saatlarınadək Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. pizza hut
Qurumdan qeyd edilib ki, fasilə müddətində sakinlərə su maşınları vasitəsilə xidmət göstəriləcək.
Aytac Əliyeva
Telegram kanalımız