Bu gün kollektiv Qərblə döyüşürük - Şoyqu

saytların hazırlanması

Evə çatdırılma

Bu gün kollektiv Qərblə döyüşürük - Şoyqu

Dünya

25 May 2023 11:17 645


Sergey Şoyqu belaruslu vəzifədaşı Viktor Xrenin ilə görüşdə Qərb ölkələrinin Moskva və Minskə qarşı elan etmədiyi müharibənin başladığını bildirib.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, Rusiyanın müdafiə naziri bildirib:

"Bu gün biz birlikdə ölkələrimizə qarşı mahiyyətcə elan olunmamış müharibə aparan kollektiv Qərbə müqavimət göstəririk". Pepperoni pizza

Şoyqunun sözlərinə görə, NATO-nun hərbi fəaliyyəti ən aqressiv istiqamət alıb:

"Alyansın Şərqi Avropada Birləşmiş Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılması üçün kompleks tədbirlər həyata keçirilir. İttifaq Dövlətinin sərhədləri yaxınlığında əlavə hərbi kontingentlər və hərbi infrastruktur yerləşdirilir, döyüş hazırlığı və kəşfiyyat fəaliyyətləri aktivləşdirilir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!