Bu gün onların istefası tələb olunacaq 

Bu gün onların istefası tələb olunacaq 
İyun 11, 2019
Oxunma sayı: 2178

Bu gün Azərbaycan millisi komandası Slovakiya qarşısında növbəti sınağına çıxacaq.  Amma əsas imtahanı AFFA verəcək.  Təximini səkkiz min azarkeşin önündə. Görəsən, AFFA bu imtahandan keçə biləcəkmi? Niyə də yox?!

“Yeni Sabah” xəbər verir ki, yığmanın məzmunsuz oyunundan bezən azarkeşlər artıq təngə gəlib. AFFA-nın siyasətindən narazı qalan futbol fanatları, tək çarəni federasiya rəhbərliyinin istefasında görürlər. Azərkeşlər hər dəfə məğlub olan milli görmək istəmirlər. Belə də yox!

Bunun üçün artıq sosial şəbəkələrdə istefa kampaniyasına da start verilib. Belə ki, böyük futbol səhifələri, azarkeşləri millimizin Slovakiya ilə oyununa gəlməyə və AFFA istefa şuarına qoşulmağa dəvət edir. Elxan Məmmədovun səriştəsiz idarəetməsinə dözə bilməyən azarkeşlər deyəcək ki, “Bu qədər də yox!”

Hər oyunda tapşırılmış oyunçuların meydana çıxması və məşqçilər korpusunun futbolçu tapmaqda çətinlik çəkirik dəməsinə artıq öyrəşmişik. On milyon olmuşuq, 10.000.000. Nəcə yəni on bir futbolçu yoxdur bu “Land of Fire”da? Sadəcə, selleksiya işləri aparıb istedadları tapmaq lazımdır. Nə çox!!!

İlk dəfədir ki, çoxları bu gün millinin uduzmasını istəyir. Tam səmimi… Çünki milli bu gün qalib gəlsə, bu qələbə azarkeşlər üçün morfeydən başqa bir şey olmayacaq. Bu gərəksiz qələbə ilə başımızı qatacaqlar.