Bu gün UEFA prezidenti seçkisi keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün UEFA prezidenti seçkisi keçiriləcək

İdman

07 Fevral 2019 16:02 894


Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək.

Toplantıda Avropa futbol qurumunun növbəti 4 il müddətinə prezidenti seçiləcək. Səsvermə alternativsiz olacaq. Təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin bu posta vahid namizəddir. Onun namizədliyini UEFA-ya üzv olan bütün 55 milli asssosiasiya, o cümlədən, AFFA da dəstəkləyib. Bu səbəbdən, seçki formal əhəmiyyət kəsb edir.

Bakı vaxtı ilə saat 12:30-da başlanacaq Konqresdə UEFA İcraiyyə Komitəsinə 8 üzv də seçiləcək.  pizza hut

Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir. 

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!