25 Sentyabr - 06:53
Bu modelin yaşını eşidənlər şoka düşür  - Fotolar

Bu modelin yaşını eşidənlər şoka düşür - Fotolar

Şou

18 Mart 2021 17:09 1166


Sara Gerts adlı model görünüşü ilə bütün dünyanın diqqətini çəkir.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, onun cəmi 29 yaşı olmasına baxmayaraq, qoca qadın görüntüsünə sahibdir.

Belə ki, model "Dermatosparaxis Ehlers-Danlos" sindromundan əziyyət çəkir. Bu xəstəlik “hiperelastik dəri" xəstəliyi kimi də tanınır. Bu xəstəliyə tutulan şəxsin bütün bədən üzvləri çox elastik olur. Xəstəliyin əsas səbəbi kollagenin kəmiyyətcə çatışmazlığıdır.  

Uzun illər boyu xəstəliyi insanlardan gizlətməyə çalışan qadın 22 yaşında özünü olduğu kimi qəbul edərək modellik etməyə başlayıb.

Tez bir zamanda minlərlə izləyici qazanaraq sosial mediada məşhuraşan Sara bu etirafı edib:

"Dərim mənim ən böyük kompleksim olub, lakin hazırda bunun üstünlük olduğunu düşünürəm. Sahib olduğunuz hər qüsur sizin üçün özəldir".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!