YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Bu, Moskvanın durdurmağa çalışdığı Brüssel prosesinin davamlı olacağına ümid yaradır...”

“Bu, Moskvanın durdurmağa çalışdığı Brüssel prosesinin davamlı olacağına ümid yaradır...”

Siyasət

06 Oktyabr 2022 21:09 664


“Bir müddət əvvəl Ermənistanın iki “PKK” terrorçusunun Türkiyəyə qaytarılmasını Ərdoğan-Paşinyan görüşünün baş tutacağına bir işarət kimi dəyərləndirmişdik. Nəhayət, görüş baş tutdu. Hələki rəsmi açıqlamalar olmasa da, bu görüşü Türkiyə-Ermənistan münasibətləri çərçivəsində də dəyərləndirmək olar”. 

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı söyləyib.

“Bu günədək iki ölkə nümayəndələrinin görüşlərinin ardı kimi burada bəzi məsələlərlə bağlı fikir mübadiləsi ola, müəyyən addımlar atıla bilər. Amma konkret olaraq Azərbaycanla Ermənistan arasındakı mübahisəli məsələlərin həllinə təkan verəcəyini hələlik düşünmürəm. Bu  mövzuda konkret bir gözləntim də yoxdur. Bununla belə, hesab etmək olar ki, Ərdoğan-Əliyev-Paşinyan görüşü Azərbaycan-Ermənistan arasındakı son qanlı gərginlikdən sonra Rusiyanın dağıtmağa cəhd etdiyi və Ermənistanla sülh sazişinin yaxınlaşmasına aparan Brüssel prosesinin davamlı olacağına ümidlər yaradır. Hələlik gözləntim bundan ibarətdir” -deyə açıqlamasının davamında politoloq bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!