Bu ölkədə hərbi çevrilişə cəhd oldu, ordu Prezident sarayını mühasirəyə aldı

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə hərbi çevrilişə cəhd oldu, ordu Prezident sarayını mühasirəyə aldı

Dünya

26 İyul 2023 15:29 1061


Nigerdə hərbçilər Niamey şəhərində Prezident sarayını mühasirəyə alıb.

“Report” xəbər verir ki, bu barədə “Jeune Afrique” qəzeti məlumat yayıb.

Bildirilib ki, qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Onun sağ-salamat olduğu vurğulanır. Marqarita pizza

M.Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır.

Xatırladaq ki, bu, hərbçilərin Niger rejimini ilk dəfə hədələməsi deyil. 2021-ci il martın 31-də zabitlər Məhəmməd Bazumun andiçmə mərasiminə iki gün qalmış Mahamad İssoufunu devirməyə cəhd ediblər. Hərbçilərin idarə etdiyi qonşu Mali, Burkina-Fasodan fərqli olaraq, Nigeri mülki şəxslər idarə edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!