Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bu onu göstərir ki, Paşinyanın seçkilərdəki qələbəsində Rusiya maraqlı olub”
26 İyn 2021 19:40
776

“Bu onu göstərir ki, Paşinyanın seçkilərdəki qələbəsində Rusiya maraqlı olub”

Politoloq Qafar Çaxmaqlı Moderator.az-a bu dəfəki açıqlamasında rəsmi Moskvanın növbəti oyunundan - Azərbaycanla sərhəddə daha bir hərbi baza açmağa hazırlaşmasından bəhs edib.

Yenisabah.az həmin açıqlamanı təqdim edir:

"Şuşa Bəyannaməsinə qarşı cavab tədbirləri kimi Rusiyanın növbəti planları üzə çıxmışdır. Dünən Ermənistan Müdafiə nazirliyindən bir heyət Moskvada müzakirələr aparmışlar. Rusiya Ermənistanda növbəti hərbi baza qurmaq üçün planlarını erməni heyətinə açıqlamışdır. Ruslar bu bazanı Zəngəzurun Sisyan və  Qafan arasındakı ərazidə, Sisyan aeroportu ərazisində yerləşdirmək fikrini açıqlamışlar. Şant adlı TV-də bunun müzakirəsini də aparan erməni politoloqlar bildirmişlər ki, bu, Rusiyanın Şuşa Bəyannaməsindən sonra atacağı ən doğru addımdır. Çünki həmin bəyannamədə Türkiyənin Zəngəzura yaxın bir yerdə hərbi baza yaratmasının təməlləri atılmışdır. Paşinyan Rusiyaya belə bir bazanın yaradılması ilə bağlı narahatlığını ifadə etmişdir. İndi söz Rusiyanındır. Bu da onu göstərir ki, Paşinyanın seçkidə qələbəsinin təmin olunmasına Rusiya maraqlı olmuşdur və Ermənistan  Rusiyanın forpostu olmağa davam edəcəkdir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər