“Bu pozğun ünsürlər şəhid ailələrinə catacaq pulları mənimsəyirlər...“  - Çingiz Abdullayev
20 Dek 2020 12:15
2048

“Bu pozğun ünsürlər şəhid ailələrinə catacaq pulları mənimsəyirlər...“ - Çingiz Abdullayev

"Bizim aramızda pis insanlar peyda olub. Şəhid ailələrindən pul oğurlayırlar. Şəhidlər bizim yolumuzda şəhadətə qovuşublar. Ancaq bu pozğun ünsürlər onların ailələrinə, övladlarına catacaq pulları mənimsəyirlər".

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı, "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü Çingiz Abdullayev deyib. Yazıçı cəmiyyətə müraciət edib: "Ey Azərbaycan xalqı, aldanmayın! Rəsmi olaraq yalnız ′′ YAŞAT ′′ Fondu var! Mən bu oğruları Vətən xainləri ilə bir tutardım. Mən onlara nə ad verəcəyimi bilmirəm! Aramızda Nainsanlar da var". 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər