“Dünyada mentaliteti olmayan xalq yoxdur, amma mədəniyyət yaratmağa hər xalqın hünəri çatmaz. Mədəniyyət qlobal, mentalitet lokal önəmə sahibdir. Mədəniyyətin gücü dağıdıcıdır, mentalitetin gücü öldürücü. Mentalitet yaratmır, yaradılanı qoruyur, mədəniyyət yaratmasa məhv olar. Mentalitetin inkişaf deyə dərdi yoxdur, mədəniyyətin canı inkişafdadır”.
“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey bildirib. O qeyd edib ki, mentalitet özünü aşmasa və aşırmasa mədəniyyət yarada bilməz:
“Ellinizm özünü fəlsəfəylə aşan yunan mentalitetidir, modernizm özünü elmlə aşan xristian mentalitetidir. Şumer, Misir, Çin, Roma mədəniyyətləri öz sahiblərinə çox baha başa gəlib. Öz mentalitetləriylə vidalaşmaları üçün yaponların təpəsinin iki atom bombası çatışmırdı. Marqarita pizza
Azadlıq mentalitetdə suçdur, mədəniyyətdə haqq. Mədəniyyəti olmayanın azadlığı da yoxdur. Mentalitet qaraçının özündə təriflədiyi, mədəniyyət fransızın özündə tənqid etdiyi şeydir”.
Aydan Hacı
Telegram kanalımız